Anatolian Phoenix - 2023”:  hərbi təlim davam edir

img

13-06-2023 [18:00]


Türkiyə Milli Müdafiə Nazirliyi Ankarada keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminin görüntülərini yayıb.

Mia.az xəbər verir ki, görüntülərdə hərbçilərin müxtəlif tapşırıqları icra etdikləri görünür.

Onlar hündürlükdən paraşütlə tullanma, müxtəlif relyeflerdə şərti düşmənin məhv edilməsi kimi tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, iyunun 5-də başlayan təlimlərdə Azərbaycan, İspaniya, Qətər, Şimali Kipr, Polşa da iştirak edir.

Hazırlıqların məqsədlərindən biri təcrübə mübadiləsidir.

Təlimlər iyunun 16-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR