"Sədrliyə namizədəm" - Kılıçdaroğlunun postuna iddiaçı var

img

14-06-2023 [00:21]


CHP sədrliyi uğrunda yarışı qızışır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, mayın 28-də keçirilən 2-ci tur seçkilərindən istənilən nəticəni ala bilməyən CHP-də Kılıçdaroğlunun kreslosu "laxlayır".

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu CHP-də dəyişiklik anonsu verdikdən sonra onunla yanaşı, CHP-nin parlamentdəki fraksiyasının sədri Özgür Özəl sədrliyi iddalı olacaqarına işarə vurublar.

Məlumata görə, bu gün Özgür Özəl daha açıq şəkildə sədrliyə iddiasını açıqlayıb.

O bildirib ki, sədrlik sədrlikkdirsə, fədakarlıqda fədakarlıqdır: "Bu, ehtiras deyil, bu, hər şəraitdə qalib gəlmək həsrətidir. Təkrar edirəm, uduzan komandada olmaqdansa, çempion komandada istənilən mövqedə durmaq daha yaxşıdır. Mən buradayam. İnanc və əzmlə buradayam. Mən partiyamızın sədrliyinə namizədəm, məsuliyyət götürməyə, daşımağa hazıram".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA