Ağ Ev Baydenin səhhəti barədə açıqlama yaydı

img

13-06-2023 [10:45]


Ağ Ev ABŞ prezidenti Baydenin səhhəti barədə açıqlama yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,bu barədə  Ağ Evin sözçüsü Karine Jean-Pierre açıqlama verib.

O bildirib ki, diş müalicəsi səbəbiylə proqramları ləğv edilən ABŞ prezidenti Co Baydenin səhhəti yaxşıdır: "Baydenin iqamətgahında işləyir".

Xatırladaq ki, ötənb gün Ağ Ev səhər saatlarında Baydenin alt çənədəki dişlərində yaşanan şiddətli ağrılara görə əvvəlcədən elan edilmiş proqrama qatıla bilməyəcəyini açıqlamışdı.

Həkimi Kevin O'Konnorun sözlərinə görə, Baydenin sağ alt dişi dünən ağrıyıb və məsləhətləşşmədən sonra kanal müalicəsi məqsədəuyğun hesab edilib: "Artıq müalicə gedir, hər hansı fəsad yoxdur. Kanal müalicəsi bu gün tamamlanacaq".

Onu da qeyd edək ki, bu problemə görə Baydenlə NATO baş katibi Stoltenberqin görüşü də təxirə salınıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA