Modriç ərəblərin 80 milyonluq maaş təklifini rədd etdi

img

13-06-2023 [00:31]


"Real Madrid"in təcrübəli futbolçusu Luka Modriç Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının transfer təklifini geriyə çevirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ərəblər 35 yaşlı məşhur xorvat futbolçuya illik 80 milyon avroluq maaş təklifini rədd edib.

“Marca”da yer alan xəbərə görə, “Əl Əhli” klubunun rəsmiləri “Real Madrid”lə müqaviləsi başa çatan və hələ də yeni müqavilə ilə bağlı razılığa gəlməyən Luka Modriçə bir neçə gün əvvəl təmasa keçiblər: "Ancaq Modriç çox qısa çəkən görüşü uzatmadan təklifi əlinin tərsiylə çevirib".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR