?Turan?la meriyanın məhkəmə çəkizməsi bazladı

img

20-11-2012 [11:08]


Noyabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ?Turan? informasiya agentliyinin Bakı meriyasına qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. ?Turan? bildirir ki, iddia Bakı meri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin quraşdırılması ilə bağlı məlumat verməkdən imtinası ilə əlaqədar, ?İnformasiya əldə etmək azadlığı haqqında? qanunun 24.1-ci maddəsinə əsasən verilib. Agentliyin Hacıbala Abutalıbova avqustun 28-də göndərdiyi məktubda yeni köşklərin quraşdırılmasının qanunverici-normativ tərəfi, onların hüquqi sahibi, təyinatı üzrə istifadə olunmamasının səbəbi və bunun nəticəsində çap nəşriyyatına dəyən ziyan haqqında sualları cavablandırmaq xahişi yer alıb. Meriyanın qurumu olan Ticarət və Xidmət Departamentindən verilən cavabı dolğun saymayan ?Turan? məhkəməyə üz tutub. Noyabrın 19-da tərəfləri dinləyən hakim meriyanı dekabrın 14-nə təyin edilmiş növbəti iclasa qədər ?Turan?ın suallarına cavab verməyə çağırıb. Məhkəmədə iddiaçının hüquqlarını Media Hüquqları İnstitutu müdafiə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR