Ərdoğandan bələdiyyə seçkiləri ilə bağlı tapşırıq: "Böyük şəhərləri CHP-dən geri alacağıq"

img

12-06-2023 [13:52]


28 may prezident seçkilərində Türkiyənin böyük şəhərlərində CHP sədri Kamal Kılıçdaroğlundan geri qalan prezident Ərdoğan 2024-cü ilin mart ayında keçirləcək bələdiyyə seçkiləri ilə bağlı partiyasına konkret tapşırıqlar verib.

Mia.az Türkiyənin Cumhuriyyət qəzetinə xəbər verir ki, Ərdoğan 14 və 28 may seçkilərinin nəticələri ilə bağlı partiyasının məsul şəxslərindən gerçəyi əks etidrən hesabat tələb edib.

Məlumata görə, əsasən böyük şəhərlərdə Kılıçdaroğluna məğlub olması ilə barışmayan Ərdoğan AK Partiyanın rəhbərliyindən bununn  səbəblərini araşdırmağı istəyib: "Bundan sonra hər kəs böyük şəhərlər üçün də güclü çalışacaq. Bələdiyyələrə Keçiriləcək seçkilərdə Ankara, İstanbul, İzmir, Adana, Mersin və Antalyanı CHP-dən geri almalıyıq. 2024-cü ilin mart ayına kimi bütün qapıları döyün. Millət vəkilləri, şəhər və rayon rəhbərləri, qadın və gənclik qolları, hər kəs meydanda olacaq. Bələdiyyə seçkilərdə heç nəyi şansa buraxmayacaq”.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq