Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
10.06.2023, 00:02
Qoç - uğurlar əldə etmək üçün ifrat dərəcədə səylərə ehtiyac yoxdur. Praktiki olaraq bütün problemlərin öhdəsindən gələ bilərsiniz. Bəyəndiyiniz, sərfəli və mənfəətli saydığınız ideyaları həyata keçirməyə çalışın. Dostlar və yaxınlar sizə yardım etmək istəməsələr də, problem yoxdur. İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın.
Günün ikinci yarısında müstəqil fəaliyyət göstərin. Yaşamınızda və davranışınızda dəyişikliklər etmək zamanıdır. Yeni imiciniz həyatınızda fərqli mərhələyə təkan verə bilər. Kommersiya məsələlərini müzakirə və həll etmək üçün münasib zamandır. İşgüzar duyumunuz iti olsun.
Buğa - yalnız dəqiq və səlis fəaliyyət planı hazırlayandan sonra aktiv işlərə başlayın. Bütün detalları fikirləşin, zəif və güclü yönləri nəzərə alın. Tələskənliyə yol verməyin. Uğurunuza inanın. Təriflər təbii ki, pis deyil.
Günün ikinci yarısında əsəblərinizin tarıma çəkildiyini anlayacaqsınız. Çətinliklər riski artır. Həmfikirlərlə dil tapmağa can atın. Münaqişələr üçün ciddi saydığınız səbəblər önəmsizdir. Maliyyə itkiləri və uğursuz anlaşmaların reallaşma şansını artırmayın.
Əkizlər - təxribatlara uymayın. Bu gün yaxın ətrafınızdakı insanlar əsəblərinizlə oynayacaqlar. Sakitliyin heç olmasa görüntüsünə nail olmaq böyük səylər və zəhmət tələb edir. Emosiyaların və hisslərin əsiri olmayın. Belədə daha ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında heç bir halda mənasız riskə getməyin. Şübhəli planlara, avantüralara qatılmayın.
Maliyyə fonu uğursuzdur. İtkilər ciddi ola bilər. Alış-verişi ertələyin. Sağlam məntiqlə davranın, ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinə qulaq asmayın.
Xərçəng - səbrli və inadkar olun. Sadə olmayan günü itkilərsiz başa vurmağa çalışın. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, sayıq, sərvaxt davranmaq gərəkdir. Gələcək qələbələrin rəhni indi qoyulur. Bazisin möhkəm olmasına çalışın. Mühüm əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanlarla müzakirə etməyə dəyməz.
Günün ikinci yarısında intensiv fəaliyyət, ağıllı davranış rəqibləri üstələməyə imkan verəcək. Görüşlər, dostlar və həmfikirlərlə ünsiyyət üçün münasib zamandır. Tək qalanda bədbinliyə qapılmayın. Ruhdan düşməyin.
Şir - gün uğurlu başlanacaq. Günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi irəliləyişlərə nail ola bilərsiniz. Yaxınlarınızla ünsiyyətləri aktivləşdirin, səmimi və qayğıkeş olun. Yaşlı qohumlarla dil tapmaq asan olmasa da, ümumi məsələlərin həllində səyləri birləşdirmək gərəkdir. Günün ikinci yarısıda pis xəbər, sizi sinirləndirəcək və qıcıqlandıracaq məlumat alacaqsınız. Fikir ayrılıqları və münaqişələr ola bilər. Yaradılmasına xeyli səy sərf etdiyiniz münasibətlər kəsilə bilər.
Qız - çox əlverişli və uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi səylərə əl atmadan uğura nail ola bilərsiniz. İşlər çox olsa da, təmkinli davranın. Yaxın ətrafınızdakı insanlar adi günlərlə müqayisədə sizə yardım istəyi ilə daha çox müraciət edəcəklər. Dəyər verdiyiniz insanlara "yox" deməyin. Günün ikinci yarısında maraqlandığınız işlərlə məşğul ola bilərsiniz.
Maliyyə fonu uğurludur. Planlaşdırılmamış alış-veriş etmək, sövdələşmələr və anlaşmaları müzakirə etmək olar. Əhvalınız yaxşı olacaq. Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Tərəzi - pis gün deyil. Hər şey istədiyiniz kimi olmasa da, tövrünüzü pozmayın. Sakit və təmkinli olun. Yaxın ətrafınızdakı insanların bədbinlikdən qurtulmaları üçün əlinizdən gələni edin. Ruhdan düşməyin. Həssas insanlar sizə can atır, yardım istəyirlər. Onlar özlərini yanınızda daha rahat hiss edirlər.
Günün ikinci yarısında qətiyyətli və iradəli olun. Mühüm, çətin məsələləri, ağır problemləri təkbaşına da həll etmək olar. Ciddi səhvlərə yol verməyin, dürüst nəticələr əldə edin. Son vaxtlar darıxdığınız insandan axşam saatlarında xəbər alacaqsınız.
Əqrəb - danışıqlarla müzakirələrdə çox vaxt keçirməyin. Belə müzakirələr xoş olsa da, mənasızdır. Mühüm məsələni sanki təsadüfən yada salın. Faydalı məlumat əldə etməyə çalışın.
Əks cins mənsubları ilə danışıqlarda ehtiyatlı olun. Onlar yoxlanmamış məlumat yayaraq sizi yanlış qərarlara təşviq edə bilərlər.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Maksimal nəticələrə nail olmaq üçün fəaliyyətin optimal variantını gerçəkləşdirin. Minimum səylərlə ən yüksək nəticə əldə etməyə çalışın. İdeyalarınızı ilkin formada reallaşdırmaq çətin olsa da, özünüzlə tərəfdaşlarınızın işinizi asanlaşdıra bilərsiniz.
Oxatan - yaşam sizə çox asan, asudə gəlməsin. Həyatı daha da çətinləşdirəcək süni problemlər yaratmayın. Ünsiyyətdə xasiyyətinizin ən pis yönlərini sanki bilərəkdən nümayiş etdirməyin. Münaqişələr yaratmayın. Yalnız öz rifahını və maraqlarını düşünən insanlarla aqressiv davranmayın.
Günün ikinci yarısında istənilən fiziki iş zamanı ehtiyatlı olun. Travma riskli gündür. Mürəkkəb alətlər və avadanlıqlar sıradan çıxa bilər. Maliyyə baxımından uğursuz zamandır. İtkilər və məsrəf riski artır.
Oğlaq - məhsuldar gündür. Sizin üçün önəmli, amma mürəkkəb işə başlaya bilərsiniz. Yaşam enerjisi və qüvvələriniz ən çətin işin öhdəsindən gəlməyə imkan verir. Etibarlı dostlar və müttəfiqlər sizi tək qoymayacaqlar.
Peşəkar fəaliyyətinizin perspektivlərinin müəyyən mənada asılı olduğu insanla günün ikinci yarısında ünsiyyəti aktivləşdirin. Romantik münasibətlərə başlamaq üçün əlverişli gün deyil. Görüş uğursuz olacaq.
Dolça - nə istədiyinizi dəqiqləşdirin. Sizi dilə tutsalar da, kənar işlərə razılaşmayın. Yanındakı insanlarla manipulyasiyalar etmək və onlardan öz maraqları üçün faydalanmağa adət edən insanlara sərt cavab verin. Onları özünüzdən uzaq saxlayın.
Dostlar və tanışlarla mbüahisə etməyin. Günün ikinci yarısında yaradıcılıq potensialı yüksək olacaq. Təxəyyülü işə salın. İlk baxışdan sadə, banal təsir bağışlayan problemlərin həllinə yaradıcı yanaşın. Yaranan suallara cavab verin.
Balıqlar - səmimi, qayğıkeş olmağa çalışın. Belə davranış yaxın ətrafınızdakı insanları laqeyd qoymayacaq. Yeni tanışlıqlar üçün pis zaman deyil. Yaşamınızda sonradan önəmli rol oynayacaq romantik münasibətlər yarana bilər. Çoxdan bəri arzuladığınız işlə məşğul olun. İndiyədək dəfələrlə yardım etdiyiniz insan bu gün köməyinizə gələ bilər. Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Hisslərə və emosiyalara qapılaraq impulsiv davranmayın, spontan addımlar atmayın. Münaqişələrə səbəb olmayın, bədxərclik etməyin.
Pullar az sonra karınıza gələ bilər.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kolumbiyada təyyarə qəzaya uğradı: türk iş adamı və 4 sərnişin həlak olub
Bugün, 00:55 DÜNYA
-
İCRA BAŞÇISI FEYSBUK-DAKI SƏHİFƏSİNDƏ "İSLAHAT" APARIR: "Belə bir hal olarsa, xahiş edirəm, yanlış anlamayın və..."
Bugün, 00:48 SİYASƏT
-
İstanbuldan qalxan biznesmenin təyyarəsi enişdə alovlandı - Pilotlar sərxoş imiş (FOTOLAR)
Bugün, 00:35 DÜNYA
-
Pakistan Hindistana nota verdi - İki ölkə arasında gərginlik yenidən böyüdü
Bugün, 00:27 GÜNDƏM
-
Şirvanda "Memarlıq ili"nə "töhfə": binaların aqlayları sökülür, fasad boyalanır, o da ki...
Bugün, 00:15 CƏMİYYƏT
-
YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu
Bugün, 00:03 GÜNDƏM
-
YANACAQ ZƏNCİRİ QIRILDI, NEFT SÜRƏTLƏ BAHALAŞIR: bir çox dövlətlərdə etirazlar başladı - Dünya qarşısıalınmaz böhrana sürüklənir
Bugün, 00:02 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
FED uçot dərəcəsi barədə qərar verdi - 3 ildən sonra artım...
16.09.2026, 23:02 İQTİSADİYYAT
-
Azərbaycanda zəlzələ oldu
16.09.2026, 22:51 CƏMİYYƏT
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb
16.09.2026, 22:21 CƏMİYYƏT
-
2027-nin büdcəsi: neftin qiyməti nə qədər proqnozlaşdırılıb?
16.09.2026, 21:16 İQTİSADİYYAT
-
Əli Nağıyev Qazaxıstanda tədbirdə: "Regional təhlükəsizliyə təhdidlər sırasında..."
16.09.2026, 20:09 SİYASƏT
-
Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)
16.09.2026, 18:26 CƏMİYYƏT
-
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
16.09.2026, 18:12 GÜNDƏM
-
SOCAR Afrikada neft-qaz yatağından pay aldı
16.09.2026, 18:00 İQTİSADİYYAT
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib
16.09.2026, 17:56 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı - Telefonda
16.09.2026, 17:49 DÜNYA
-
"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb
16.09.2026, 17:37 İQTİSADİYYAT
-
Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - "Dayanmayacağıq, davamlı hücumlarımız olacaq"
16.09.2026, 17:25 GÜNDƏM
-
Prezident sükan arxasında - VİDEO
16.09.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.09.2026, 17:00 İQTİSADİYYAT
-
Badamdarda evdə partlayış olub, bir nəfər xəsarət alıb
16.09.2026, 16:54 CƏMİYYƏT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
16.09.2026, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
16.09.2026, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
16.09.2026, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
16.09.2026, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
16.09.2026, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
16.09.2026, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
16.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
16.09.2026, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
16.09.2026, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
16.09.2026, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
16.09.2026, 14:57 DÜNYA