Prezident İlham Əliyev daha bir "Fəaliyyət Planı”nı barədə sərəncam imzaladı

Prezident İlham Əliyev daha bir "Fəaliyyət Planı”nı barədə sərəncam imzaladı

GÜNDƏM

09.06.2023, 15:59

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR