Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-06-2023 [00:06]
Qoç - enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil.
Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı izafi aqressiv olmayın.
Buğa - dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr, informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar. Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə qalın. Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin. Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar. Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək zamanıdır.
Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz işlərinizi tamamlamağa çalışın.
Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Şir - günün ilk yarısında qeyri-standart məsələləri həll etmək məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması, diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi, hərdəmxəyal olmasın.
Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var. Musiqi, dinlə maraqlanacaqsınız.
Qız - işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq gərək olacaq.
Yaxın gələcəklə bağlı planlarda miqyas böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var. Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin. Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən istifadə edin.
Tərəzi - əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi yanlış yola apara bilər.
Şərtlərin uğurlu olması, situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə başlamayın, boş vədlər verməyin.
Əqrəb - səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.
Musiqi, mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın. Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı planlar qurmaq olar. Axşam saatlarında dəvət aldığınız yerə qatılın.
Oxatan - günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın. Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz. Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi alçaltdığını düşünəcəksiniz.
Belə hisslərə görə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın. Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.
Ailə üzvlərinin qayğısına qalın.
Oğlaq - cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq. Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.
Səbəb isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.
Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq.
Dolça - səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv məqamlar olacaq.
Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.
Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.
Balıqlar - şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin. Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara tapşırın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.
Milli.Az
Tehran yenə vurulub: "Qabqalayıcı tədbirlər davam edir"
Ramazanın 12-ci gününün duası: imsak və iftar vaxtı
İran rejimi məğlub oldu... - Şahin Cəfərlidən TƏHLİL
İranda "qisas bayrağı" qaldırılıb
"Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi" - İlham Əliyev İran Prezidentinə başsağlığı verdi
Azərbaycan vətəndaşları İrandan təxliyə olunur (Yenilənib)
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR