Daha bir neçə ölkədən Azərbaycana quş əti idxalına məhdudiyyət qoyulub
08-06-2023 [11:44]
Daha bir neçə ölkədən Azərbaycana diri quş və quş ətinin idxalına məhdudiyyət qoyulub.
Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində nodulyar dermatit, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, İsrail Dövlətinin Cənub dairəsindən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, Rusiya Federasiyasının Nijeqorod vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
"Təşkilat"ın "Kraliça"sı küçədə yarıçılpaq görüntüləndi - FOTO
FETÖ-nün çevriliş cəhdindən 9 il ötür
BMT-nin baş katibi: "Bu, yaxın tarixdə görünməmiş vəziyyətdir"
Panama sahillərində zəlzələ - 6,2 bal gücündə
Ermənilərin azərbaycanlılara işgəncə verməsi... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq
Sabah 16 yaşayış məntəqəsində qaz olmayacaq
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
Rasim Balayev Amaliya Pənahova ilə "Babək"dəki məşhur yataq səhnəsindən danışdı: "Yaxın bir dostum dedi ki, necə peşəkarsan"
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Nəsimi rayonunda “14 İyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı ” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
37 ildir Yazıçılar Birliyinə sədrlik edən Anar: "3 il sonra gedəcəm, qoy sevinsinlər..."
Efirdə müğənnilərin sözü çəpləşdi - Mikrofonlar söndürüldü (VİDEO)
Xalq artisti Afaq Bəşirqızı: "Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, indikindən abırlıdır"
Deputat Milli Məclisdə məmurları qınadı: "...o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı?"
Vəhdət Partiyasında iclas: yeni media orqanı yaradılacaq və... - Daha nələr müzakirə olunub? - FOTO
Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşüb
Nərimanovda suşi belə iyrənc emalı müəssisəsində hazırlanırmış... - AQTA nöqsanları üzə çıxardı (FOTO)
Daha iki qanuna dəyişiklik təsdiqlənib
Sabah hava necə olacaq? - Açıqlama
Qəzzada daha 11 fələstinli həlak olub
“Xüsusi icra məmurları haqqında” yeni qanun lqəbul edilib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
QANUN DƏYİŞDİ: Media subyektləri Media Reyestrindən hansı hallarda çıxarılacaq? - Yeni qanun
KEÇMİŞ MƏZUNLAR PREZİDENTƏ MÜRACİƏT ETDİ: "Bizə kömək edin"
Müdafiə Nazirliyi: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və...
Sərhəddə Rizman Həsənov 13 kq narkotiklə tutulub
Məşhur göz həkimi Cahid Şahbazova cinayət işi açılıb? - Açıqlama
Bakıda dana əti bahalaşıb - VİDEO