“Azadlıq Radiosu” qoçuların cəzalandırılmasını tələb edir

img

19-05-2014 [18:14]


Azadlıq Radiosu” mayın 16-da "Atahan Demir Senaye” metaləritmə zavodunda radionun işçisi İslam Şıxəliyevə hücumun araşdırılması çağırışı ilə DİN rəhbəri Ramil Usubova müraciət edib.
Jurnalist müəssisənin zəbti barədə informasiya ilə əlaqədar zavoda gedib. Lakin bur qrup şəxs ona hücum edərək fiziki təzyiq göstərib, onun videokamerasını və mobil telefonunu əlindən alıb. Bu barədə R.Usubova müraciətdə deyilir.
Baş verənlər şahid tərəfindən çəkilib və "Azadlıq Radiosu”na təqdim edilib. (http://www.azadliqradiosu.az/content/daxili-i%C5%9Fl%C9%99r-naziri-ramil-usubova/25387117.html).
Jurnalistə hücum polis əməkdaşlarının yanında baş verib. Onlar müdaxilə etmək əvəzinə kənara çəkiliblər.
"Biz jurnalistə qarşı zorakılıq edənlərin və səhlənkarlıq edən polislərin şəxsiyyətinin müəyyənləşdirilməsini tələb edirik”, - müraciətdə deyilir.
"Azadlıq Radiosu” Baş Prokurorluğa müraciət etmək niyyətindədir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA