TV sahibi sənətkarları hədələyib: "Burnunuzu bir daha siyasətə soxmayın"

img

31-05-2023 [09:14]


Bəyaz TV-nin sahibi, Ankara bələdiyyəsinin sabiq sədri, 14 may seçkisidə deputat seçilən Osman Gökçekin atası Melih Gökçek 14 və 28 may tarixli seçkilərdə Kamal Kılıçdaroğluna birmənalı dəstək verən sənətkarları hədələyib.

Mia.az xəbər verir ki,  Tviter-dəki sosial şəbəkə hesabında paylaşım edən Melih Gökçek seçkinin nəticələri açıqlandıqdan sonra aşağıda adı çəkilən və seçkidə Kamal Klıçdaroğluna dəstək verən məşhur sənətçilərə xəbərdarlıq edfib.

O, paylaşımında yazıb: "Mənə bax, sənətçi qrupu. Burnunuzu bir daha siyasətə xoxmayın. Artistliyə davam. Anlaşıldımı? Cem Yılmaz, Şahan Gökbakar, Tarkan, Defne Samyeli, Gülşen, Gökhan Özoğuz, Mustafa Sandal, Fazıl De ki, Ezgi Mola, Murat Boz, Berna Laçın"

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR