Komitə sədri Milli Məclisdə: "Türkiyədə seçkilərdəki qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik” - VİDEO
30-05-2023 [12:36]
"Türkiyədə seçkilərdəki qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik”.
Mia.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mili Məclsijn bugünkü iclasında deyib.
O bildirib ki, mayın 28-də Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu: “On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımıızın mənəvi-siyasi iradəsinin ifadəsi idi. Prezident İlham Əliyevin təbrikində millətimizin Ərdoğana minnətdarlıq hissinin Qarabağ zəfəri ilə bağlılığının bir daha vurğulanması Bakı meydanlarında minlərlə insanın coşğusunda, milyonların insanın sevincində nümayiş olundu. İkinci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı”.
Komitə sədrinin sözlərinə görə, Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu: “Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın Zəfər kursu davam etməlidir. Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu. Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğunun kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir. Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ - “yaşıl” enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsində qələbədən sonra daha da güclənib. Türkiyədə 90 faizə yaxın seçicinin gələcək taleyini özü müəyyən etməsi ölkəmizdə də aktiv seçki mühitinə təkan verir və partiyalardan kənarda qalan, qeyri-siyasi topluma aid edilən və kənar təsirlərə həssas təbəqənin siyasi proseslərə fəal cəlbini tələb edir”.
"“Azərbaycan 100 ili” adlı yeni konsepsiyanın, o cümlədən II Qarabağ müharibəsində qələbəmizin tək lideri İlham Əliyevin gələcək seçkilərdə haqlı legitim qələbəsinin “yol xəritəsi”nin hazırlanması bir nömrəli məsələdir: “Konstitusion islahatların zərurəti, eləcə də Xankəndidə məskunlaşan ermənilərlə birgəyaşayış və inteqrasiya siyasi hüquq və azadlıqlara həssas yanaşmanı şərtləndirir. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək. Ona görə də zəfərimizə geridönməz xarakter vermək, Böyük qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik”.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq