Daha bir publik hüquqi şəxs yaradıldı, onlara vəzifə verildi - FƏRMAN
26-05-2023 [17:11]
Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılmasə barədə Fərman imzalayıb.
Mia.az xəbər verr ki, Fərmana əsasən, həmçinin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən olunub ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Dövlət başçısının digər sərəncamı ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
Myanmada torpaq sürüşməsi: 12 nəfər ölüb, itkin düşənlər var
İsrail Livanın cənubundan geri çəkildi - 11 nəfərin cəsədi tapılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəmsəddin Xanbabayev vəfat edib
"Fənərbağça" - "Konyaspor" oyununda qapılara 5 qol vurulub
İbrahim Kalın HƏMAS rəsmiləri ilə telefonda müzakirə aparıb
Nazir: "Türkiyə Suriyaya enerji tədarükünü artıracaq"
İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs olunub
Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...
Qarabağ zonasında daha 1043.2 hektar ərazi minalardan təmizlənib
Bakıda dələduzluq edənlər tutulub
İsrail ordusu Livanın şərqinə hava zərbələri endirib
"Xəzər Dəniz Gəmiçiliyi"ndə dəyişiklik... - Samir Şərifov Şura sədri vəzifəsindən yola salınır
Bakıda xanım müğənni vəfat edib
"Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı - Şok iddialar
Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
Sabirabad sakini narkotik vasitə və silahla saxlanılıb
AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
Türkiyədə sərnişin avtobusu yanıb - FOTO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bağlı şirkət ölkədən böyük məbləğdə pul çıxarıb? - Məhkəmə işi
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib
Sabah külək güclənəcək - Xəbərdarlıq
Mehriban Abasquliyeva TƏBİB-dən məhkəməyə şikayət etdi: "Dərəbəylik edirlər, basqın etməli deyilik ki…” - Məhkəmə iclası (YENİLƏNİB)
Türkiyədə İŞİD-ə əməliyyat: 23 şübhəli saxlanılıb
Bərdədə maşın qaz borusuna çırpıldı, yanğın çıxdı - 3 nəfər yanıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində belə qarşılandı - FOTOLAR (Yenilənib)
Salyanda ərini doğramaqda ittiham olunan qadın... - Azyaşlı oğlu...
VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB - Milyonluq iş üzrə
Hüseynbala Mirələmovun oğlu seçkiyə qatılıb - Bu dairədən
Bəxtiyar Hacıyevə hökm oxunub - Məhkəmə prosesi
60 yaşlı kişi başına güllə sıxıb - Ağcabədidə
Polis Bölməsinə yeni rəis təyin olunub
Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir - Xəbərdarlıq
Sabah hava necə olacaq? - Proqnoz
33 dövlət orqanında vakant vəzifələr var
Nargilə Vəliyevaya Ali Məclisdə yeni vəzifə verildi