Əmrə Belözoğlu “Hall Siti”nin baş məqçisi olacaq - Acun Ilıcalı danışıqlar aparır

img

24-05-2023 [17:37]


“Hall Siti”nin sahibi, məşhur şoumen Acun Ilıcalı “Başakşehir”in baş məşqçisi Əmrə Belözoğlunu komandanın başına gətirmək üçün qollarını çırmalayıb. 

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin “Ajansspor” saytı yazb.

Bildirilib ki, Emre Belözoğlu "Başakşehir"lə yol ayrıcındadır: ""Hall Siti”nin sahibi Acun Ilıcalı Emre Belözoğlu ilə çalışmaq istəyir. 42 yaşlı Əmrənin "Başakşehir"lə 1 illik müqaviləsi olsa da, o, İngiltərəyə yol almaq təklifinə müsbət yanaşıb".

Xatırladaq ki, Əmrə Belözoğlu "Başakşehir"in sükanı arxasında 79 oyun keçirib. Təcrübəli məşqçi bu matçlarda 42 qalibiyyət, 17 məğlubiyyət və 20 heç-heçə edərək, matç başına ortalama 1,85 xal yığıb.

Yeri gəlmişkən, "Hall Siti"də Türkiyə millisinin sabiq üzvü Ozab Tufan da top qovur.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR