Əli Həsənov bir sıra qərb KiV-ləri və təzkilatlarını qınayıb

img

21-05-2012 [02:06]


Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra qərb KİV-lərini və beynəlxalq təşkilatları Azərbayjana qarşı antitəbliğat aparmaqda günahlandırıb. ANS PRESS-in məlumatına görə, o, bu barədə fikirlərini Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycana qarşı antitəbliğat aparılır. Xarici qüvvələr bilərəkdən gözdən salmağa çalışırlar. Dünya ictimaiyyətində Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. ?Amnesty İnternational?, ?Human Rigts Watsh? beynəlxalq təşkilatlar Azərbaycanın antitəbliğatını aparırlar. Biz istəməzdik ki, Azərbaycan həmin təşkilatlara olan etimadını itirsin. Bura həmçinin bir sıra Almaniya KİV-ləri, ?The Quardian, ?BCC? də aiddir?,- deyə Əli Həsənov vurğulayıb. Prezident Administrasiyasının rəsmisi burada erməni əli olduğunu bildirib: ?Cenevrədə erməni diasporasının hazırladığı qovluq var. Həmçinin Azərbaycan müxalifətinin Azərbaycana qarşı antitəbliğat qovluğu mövcuddur. Bunlar bir yerdə çalışırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR