Bu tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb

img

23-05-2023 [18:00]


Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl bu müddət mayın 1-dək uzadılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA