Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi - FOTOLAR
18-05-2023 [20:04]
Azərbaycanın işgüzar qadınları mayın 17-i “JW Mariott Abşeron Bakı” otelində bir araya gəldi
Azərbaycanda 5-ci dəfə keçirilən “SHE Congress”i 500-dən çox işgüzar qadını öz ətrafında toplayıb.
Mia.az xəbər verir ki, ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar və seminarlarla yadda qalıb.
“ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edildi, iştirakçılara ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradılıb.
Tədbirin əsas tərəfdaşı Azercell şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevanın timsalında təmsil olunub.
Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq olub.
19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti və dəstəyi daima hiss etdiyini bildirib. O, bu gün Azərbaycanda qadınların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini öz çıxışında vurğulayıb.
Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb etdi. Öncə Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Qaynar Xətti”nin rəhbəri Gülşən Axundovanı dəvət etdi.
Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış və çətinliklər haqqında ətraflı məlumat təqdim edildi. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırdılar.
Qeyd edək ki, fəaliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran Azercell, qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daima diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə də təhsilini, müxtəlif sahələr üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq