Putin: "Bu il 55-60 milyon ton taxıl ixrac edəcəyik"

img

18-05-2023 [17:49]


Rusiya prezidenti Putin bu il 55-60 milyon ton civarında taxıl ixrac edəcəklərinin proqnozunu verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu barədə  kənd təsərrüfatı sektoru rəsmiləri ilə keçirdiyi toplantıda danışıb.

O bildirib ki, ölkəsi 2022-ci ildə 158 milyon ton taxıl yığımı ilə rekord istehsala nail olub: "Rusiyanın sanksiyalara baxmayaraq taxıl ixracatını davam etdirir. Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdırıb. Bu il is\ taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”.

Xatırladaq ki, qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA