Bakıda xanım jurnalisti maşın vurdu

img

16-05-2014 [00:58]


Türkiyə kömür mədənində baş vermiş faciə ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyi qarşısına keçirilən aksiya zamanı jurnalist, yazar Sona Yaqubovanı maşın vurub. 

Aktual.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Sona Yaqubova anım yürüşünə qatılmaq üçün aksiya iştirakçılarının toplaşdığı əks istiqamətə yolu keçərkən baş verib. Jurnalist dərhal yaxnlıqdakı 1 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib. Aparılan ilkin müayinədən sonra jurnalistin yüngül xəsarət aldığı məlum olub. Ona yüngül kəllə-beyın travması, sağ qolunun əzılməsı diaqnozu qoyulub. Sağ qolu gipsə qoyulan gənc yazar evə buraxılıb. 

Sona Yaqubova Aktual.az-a açıqlamasında vəziyyətinin qənatbəxş olduğunu bildirib: "Narahat olmayın yaxşıyam. mənə görə narahatlıq keçirən dostlarıma çox sağ ol deyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA