"GSMA M360" qlobal trendləri Azərbaycanın texnologiya mütəxəssisləri ilə bölüşür
17-05-2023 [12:35]
Dövlət nümayəndələri və aparıcı ekspertlər "Mobil telekommunikasiya spektrinin idarə olunması" üzrə xüsusi seminarda iştirak ediblər
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və ölkənin lider mobil operatoru Azercell-in baş sponsorluğu ilə 16-17 may tarixlərində Bakıda keçirilən "M360 Eurasia" tədbiri mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və qlobal ekspertləri bir araya gətirir.
Mia.az xəbər verir ki, beynəlxalq konfrans sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmaq üçün unikal platforma yaradır.
Eyni zamanda, Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir 4G şəbəkəsinin tətbiqi ilə yanaşı, 5G texnologiyasının da ölkə ərazisində uğurla sınaqdan keçirildiyini gündəmə gətirir. Bununla da Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini beynəlxalq müstəvidə daha da gücləndirir.
İkigünlük konfransla yanaşı, “GSMA M360 Eurasia 2023” təşkilatçıları Azərbaycan auditoriyası üçün xüsusi proqramlar da həyata keçirir. Belə ki, konfransdan bir gün öncə may ayının 15-də ölkənin hökumət nümayəndələri və telekommunikasiya sahəsinin aparıcı ekspertləri üçün peşəkar bacarıqların inkişafına dair "Mobil telekommunikasiya spektrinin idarə olunması" adlı seminar təşkil edilib.
Seminar aşağıdakı mövzuları əhatə edib:
•Mobil cihazlar üçün spektr lisenziyası
•Spektr siyasəti haqqında mülahizələr
•İnvestisiyaların təşviqi
•Spektr monitorinqi
•Mobil rabitədə zolaq genişliyinin təmin edilməsi üçün rəqəmsal dividenddən istifadə
•Nəqletmə üçün spektr
•Dəyişən mobil mühitdə tənzimləmə
•Əşyaların interneti (IoT) üçün spektr
•5G-li gələcəyə doğru
Qeyd edək ki, "GSMA M360 Eurasia 2023" beynəlxalq telekommunikasiya tədbiri Azərbaycanda "Four Seasons” otelində keçirilir. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzularda məruzəçilərin çıxışını və dinamik panel müzakirələrini əhatə edir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"