İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirləri görüşüb - "Taxıl sazişi" ilə bağlı

img

10-05-2023 [17:43]


İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş başlayıb.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə "Taxıl sazişi"nin müddətinin uzadılması müzakirə olunur.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA