Superliqada əlbəyaxa dava: ulduz futbolçu Emre Belözoğlunu vurub

img

10-05-2023 [16:31]


Superliqanın 33-cü həftəsində "Qalatasaray"ın "Başakşəhər"i 1:0 hesabı ilə məğlub etməsindən sonra qardaş ölkənin futbol cameəsində skandal söz-söhbətlər yayılıb.

Mia.az a xəbər verir ki, məşhur futbol şərhçisi Serdar Ali Çelikler matçdan sonra "VOLE"də yayımlanan "Son Tur" proqramında "Başakşehir"in baş məşqçisi Emre Belözoğlu ilə bağlı sensasiyalı iddia irəli sürüb. 

Şərhçi bildirib ki, "Başakşehir" bundan əvəvl "Qalatasaray"a 7-0 hesablı rüsvayçı hesabla məğlub olarkən komandada əlbəyaxa dava düşüb. 

Şərhçi bir qədər də irəli gedərək Baş məşqçini "satqın"lıqda ittiham edib: "Komandanı satdınmı? Satdın. Həsən Əli Kaldırımı paltardəyişmə otağında qovuldunmu? Qovdu. Bertran Traore səni vurdumu? Burdu. Sən səhərə qədər məni yalanla görüm mnecə yalanlayacaqsan. Bunu ki, hamı bilir".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR