Jurnalistlərin binasından yeni xəbər - FOTO

img

15-05-2014 [11:18]


Səbail rayonunda jurnalistlər üçün tikilən ikinci binanın artıq bir neçə mərtəbəsi qaldırılıb. 


Modern.az-ın xəbərinə görə, jurnalistlərin yaşayacağı 17 mərtəbəli ikinci binanın dördüncü mərtəbəsi tikilir. Tikintini aparan ustaların verdiyi məlumata görə, yeni binada birotaqlı, ikiotaqlı, üç otaqlı və dördotaqlı mənzilər olacaq. Yeni binaın birinci mərtəbəsi də mənzillər üçün ayrılıb. Orada hər hansı bir iaşə və mağaza üçün obyektlər nəzərdə tutlmayıb. Binanın arxa tərəfində isə idman meydançası salınacaq. Binanın layihələndirilməsi zamanı 20-dək mənzilin birotaqlı olması nəzərdə tutulub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin jurnalsitlərin mənzi-məişət məsələsinin həli edilməsi üçün imzaladığı sərəncama əsasən, Səbail rayonunun Bibiheybət qəsəbəsində KİV içiləri üçün 17 mərtəbəli yaşayış evi tikilib. 2013-cü ildə açılışı olan birinci binada 156 jurnalist ailəsi mənzil alıb. Hazırda tikilən ikinci binada isə mənzillərin sayı 250 olacaq.   


Digər xəbərlər
SON XƏBƏRLƏR