15-05-2014 [11:17]
Rəsmi nümayəndə heyətinə daxil bu jurnalistlər prezidentin səfəri başa çatandan sonra daha iki gün qalıb ölkəni tərk edərkən 15 nəfər tərəfindən saxlanıb. Bu məlumatı AzadlıqRadiosuna «France-2» ictimai kanalının «Premier Lignes» araşdırma proqramının baş redaktoru Benoit Bringer telefonla bildirib. Saxlanan jurnalistlərin çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Baş redaktorun sözlərinə görə, materiallar alınandan sonra onları məcburən təyyarəyə mindiriblər: «Onlar materiallarsız geri dönmək istəmirdilər. Amma zorla təyyarəyə mindirib Fransaya yola salıblar».
Benoit Bringer materialların götürülmə səbəbini anlamadığını söyləyib: «Bir səbəb o ola bilər ki, bu çəkiliş və müsahibələri insanların görməsini istəmirlər. Beləcə, bunun da qarşısını aldılar».
Baş redaktor jurnalistlərin prezidentin rəsmi səfərini işıqlandırdığını deyərək, material hazırlayarkən, onların Azərbaycanda insan haqları və demokratiyanın durumundan, iki ölkə arasındakı iqtisadi əlaqələrdən də bəhs edəcəyini sözlərinə artırıb: «Çox qəribədir ki, olay Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başladığı gün baş verdi. Belə davranmaqla ölkədə olub-bitənlərin ictimaiyyətə çatdırılmasına əngəl olurlarsa, demək, həm də ölkədə insan haqları, o sıradan mətbuat azadlığının vəziyyətindən xəbər verir. Bu, bir ölkənin imici üçün çox pisdir».
Benoit Bringer məsələ ilə bağlı bütün rəsmilərə – Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə və digər gərəkli qurumlara, o cümlədən, «Sərhədsiz Reportyorlar Təşkilatı»na hadisəni çatdırdıqlarını deyir. O, sadalanan qurumlardan reaksiya gözlədiklərini də bildirdi.
Hava limanında saxlanan Laurent Richard Moskvaya çatandan sonra müxbirimizə olanları belə nəql edib: «Onlar bizim çəkdiyimiz görüntüləri götürdükləri üçün biz getməkdən imtina etdik. O zaman onlar güc tətbiq edərək bizi təyyarənin içinə itələdilər. Mən qəti şəkildə dedim ki, Fransa səfirliyinə zəng etmək istəyirəm, amma onlar mənə telefondan istifadə etməyə qoymadılar».
Hələlik məsələyə rəsmi reaksiya yoxdur.
Azadliq.org
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq