"Mənə pul buraxan "lyubovnik"lərlə..." - Azərbaycanlı rəqqasə

img

14-05-2014 [23:01]


Rəqqasə Fatimə xalq artisti Kamil Dadaşovun "Fatimə restoranlarda stolları gəzib, sənətini hörmətdən salırdı" fikrinə Mövqe.az vasitəsilə aydınlıq gətirib. 

Rəqsləri ilə xalqın sevgisini qazandığını deyən rəqqasə Mövqe.az-a eksklüziv açıqlamasında xalq artisti Kamil Dadaşovun da cavabını verib: "Mən Fatimə Fətullayeva bu günə qədər öz səviyyəmi necə qoruyub, saxlamışamsa indi də elə. Şükürlər olsun. Məni tanıyan yaxşı tanıyır və bilir ki, Fatimə stollara yaxınlaşır ya yox. Bugünkü gündən gəlin danışaq. Dövlət tədbirlərində, rayonlarımızda, özüm də konsert vermişəm,  13 nömrə ilə çıxış etmişəm. Həmin konsertdə də Kamil Dadaşov ayaqüstə mənə əl çalıb və "bravo-bravo" deyirdi. Kamil müəllimin dediklərinə əhəmiyyət vermirəm. Çünki o, yaşlı insandı. Yəni, bir gün belə, bir gün isə başqa cür nəsə deyə bilər. Yaşlı insanlar uşaq kimi olur. Kamil müəllim mənim qonşumdu. O söhbətdən sonra da mən onu həyətdə gördüm. Kamil müəllim özü mənə qayıdıb dedi ki, Fatimə fikrimi düzgün ifadə etməmişəm. O sözlərə görə Kamil müəllim çox pis olub. İnanmırsızsa, özünüz də Kamil müəllim ilə əlaqə saxlaya bilərsiniz. Balaca milçəklər isə vızıldayır, qoy vızıldasınlar. Onlara sadəcə kənardan baxıb, gülürəm. Adımla reytinq qazanırlar. Ona görə ki, mən efirlərdə "mən-mən " deyənlərdən deyiləm. Mən məktəb açdım, 24o tələbəm var. Əgər mən professional olmasaydım, o tələbələri necə yığardım. Adam birini, beşini, on beşini aldadar. Ancaq o qədər tələbəni, valideynləri aldatmaq olmaz. Mən Fatimə rəqslərimlə Azərbaycan xalqının sevgisini, rəğbətini qazanmışam. Mən nə pulumla, nə də mənə pul buraxan "lyubovnik"lərimlə sevgi, hörmət qazanmamışam. Sponsorlarla, çoxsaylı "lyubovnik"lərlə bu səhnəyə çıxmamışam. Mənim anam mənə zəhmətkeş qarışqa balam deyə müraciət edir. Mən heç bir stola yaxınlaşmıram. Yalnız səhnədə rəqs edirəm. Mənə bu gün Yaquar Fatimə deyirlər. Bu adlar boş-boşuna qazanılmayıb".

Xatırladaq ki, Kamil Dadaşov "Günaydın" verlişində Fatimə Fətullayeva haqqında belə deyib: " Fatimə restoranlarda stolları gəzirdi. Mən onu tənqid etdim. Sənətini stollara yaxınlaşaraq gözdən salırdı. Rəqsini bəyənirəm. Gözəl plastikası var. Amma stollara yaxınlaşmaq sənəti ayaqlar altına atmaq deməkdi. Mən bunu Fatiməyə yaraşdırmadığım üçün ona narazıçılığmı bildirmişdim".


Digər xəbərlər
SON XƏBƏRLƏR