Türk əsilli futbolçu İspaniya La Liqasında Nihat Kahvecinin rekordunu təzələyib

img

04-05-2023 [10:28]


İspaniya La Liqasının 33-cü həftəsində "Xetafe" "Selta Viqo"nu 1:0 hesabı ilə məğlub edib. 

Mia.az xəbər verir ki, bu oyundada forma geyinən türk əsilli Enes Ünal adını tarixə yazdırıb.

Belə ki, "Xetafe"yə qələbə qazandıran yeganə qola imza atan Enes Ünal İspaniyada vaxtı ilə möhtəşəm oyunu ilə yadda qalan millinin keçmiş üzvü Nihat Kahvecinin rekordunu təzələyərək, 196 dəfə La Liqada ən çox forma geyən türk futbolçu ünvanına sahiblənib.

Xatırladaq ki, Xetafeyə qələbə qazandıran qolu 3-cü dəqiqədə penaltidən vuran Enes Ünal bu mövsüm La Liqada 14-cü qoluna imza atıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR