"Giresunspor" klubu yeni məşqçi ilə anlaşdı

img

04-05-2023 [10:00]


İki gün əvvəl Türkiyə superliqasında çıxış edən "Giresunspor" klubun rəhbərliyi istefaya göndərdiyi baş məşqçi Hakan Keleşin yerinə yeni mütəxəssislə anlaşıb.

Mia.az xəbər verir ki, bu barədə "Giresunspor" klubu açıqlama yayıb.

Klubdan bildirilib ki,  komandanın başına İrfan Buz gətirilib: "Klub olaraq cənab İrfan Buzla anlaşma əldə etdik. Ona və komandamıza uğurlar arzulayırıq".

Xatırladaq ki, Buz son olaraq "Yeni Malatyaspor"'u çalışdırıb.

Xatırladaq ki, "Giresunspor" bu həftə "Fənərbaxça"nı qəbul edəcək. 

Hazırda "Giresunspor" 27 xalla 16-cı pillədədir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR