"Sabah" - "Beşiktaş" oyununun başlama saatı açıqlanıb

img

03-05-2023 [18:17]


Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı açıqlanıb.

Bakı klubundan Mia.az-a verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR