PSJ Messini cəzalandırdı - Maaşı da verilməyəcək

img

03-05-2023 [10:19]


PSJ Lionel Messini cəzalandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Lionel Messinin klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına getməsi olub.

Məlumata görə, klub argentinalı ulduzu 2 həftəlik oyunlardan kənarlaşdırıb.

fransanın "RMC Sport" saytının xəbərinə görə, Messi hətta məşqlərdən də uzaqlaşdırılıb: "Qəzəbi soyumayan klub rəhbərliyi onun 2 həftəlik maaşını da kəsib".

Xatırladaq ki, bu mövsüm PSJ-də 37 oyun keçirən Messi 20 qol atıb, 19 məhsuldar ötürmə verib.

Onu da qeyd edək ki, qarşıdakı mövsümdə Messinin "Barselona"da oynayacağı gözlənilir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR