"Giresunspor" rəhbərliyi baş məşqçi ilə vidalaşdı

img

02-05-2023 [19:18]


Son 3 qarşılaşmadan məğlub ayrılan "Giresunspor"da baş məşqçi Hakan Keleşlə yollar ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə "Giresunspor" klubunun başqanı Nahid Yamak açıqlama verib.

O bildirib ki, baş məşqçi Hakan Keleşlə qarşılıqlı razılaşma əsasında yolları ayırıblar.

Xatırladaq ki, Hakan Keleş bu mövsüm "Giresunspor"la 33 matçda 8 qələbə, 9 heç-heçə və 15 məğlubiyyət əldə edib. 

"Giresunspor" gələn həftə liqada "Fənərbaxça"nı qəbul edəcək. 

Hazırda "Giresunspor" 27 xalla 16-cı pillədə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR