TÜRKİYƏDƏ MƏŞHUR İDMANÇILARA MİLYONLARLA DOLLAR KƏLƏK GƏLİBLƏR - Ərdoğan nazirə göstəriş verdi: "Bu işi həll et!"
02-05-2023 [13:49]
"Qalatasaray"lı Fatih Terim, Arda Turan, Selçuk İnan, Semih Kaya, Muslera, Əmrə Belözoğlu və digər çoxsaylı məşhurlar bir bankirin fırıldağının qurbanları olub.
Mia.az Türkiyə mətbuatılna istinadla xəbər verir ki, bankir "sistemdən kənar fond yaradılıb, nə qədər pul yatırsanız, bir o qədər qazanacaqsınız" çağırışı ilə məşhurları "soyub".
İddiaya görə, məşhurlara ümumilikdə 85 milyon dollar "atılıb".
Məlumata görə, "Denizbank"ın Levent Büyükedere Şöbəsini müdiri tərəfindən həyata keçirilən bu fırıldağın miqyası o qədər böyüyüb ki, artıq məsələyə prezident Ərdoğan müdaxilə edib.
Məlumata görə, “çox gəlirli gizli fond” vədi ilə aldadılan Emre Belözoğlu və Arda Turan prezident Ərdoğanla əlaqə yaradaraq, ondan kömək istəyiblər.
Ərdoğan məsələ ilə bağlı Daxili işlər naziri Süleyman Soyluya göstəriş veib: "Bu işi həll et”.
Türkiyə mətbuatı yazır ki, bundan sonra bank müdiri Seçil Erzan həbs olunub, Terim və futbolçular istintaqa dəvət olunaraq ifadələri alınıb: "Fırıldağa məruz qalanların hər birinin psixologiyası artıq pozulub. 750 min "atılan" Muslera artıq 2 matçdır oyun performansını itirib. Ümumilikdə 85 milyon dollarlıq fırıldaq zəncirində Fatih Terim, Arda Turan, Fernando Muslera, Semih Kaya, Selçuk İnan və başqa məşhurların da adı var. İddiaya görə, Fatih Terimin 10 milyon dollar, Arda Turanın isə təxminən 8 milyon avro aldadılıb. Hazırda Seçil Erzanın ətrafında geniş istintaq tədbirləri həyata keçirilir".
Hadisənin təfərrüatına gəldikdə isə, iddialara görə, Seçil Ərzan bir müddət özəl bankın Floryadakı şöbəsində çalışıb. Burada işlədiyi müddətdə “Qalatasaray”ın bəzi futbolçularının bank işlərini də həyata keçirib: "O, burada etimad qazanıb. Daha sonra "Denizbank"ın Büyükdere şöbəsinə müdir təyin edilib. Seçil Ərzan burada bank hesabları olan və ya bank xidməti göstərdiyi zəngin müştərilərinə zəng edərək “Xüsusi qapalı gizli fond yaradılıb, bu sistemə nə qədər çox pul qoysanız, o qədər qazana bilərsiniz" deyərək, yeni "sistem"ə "işə salıb". Bu vədə inanan imkanlı şəxslər pulu Seçil Erzana verməyə başlayıblar. Seçil Erzanın qurduğu "sistem" bir müddət yaxşı "işləyib", yəni, o faizləri zamanında verib. Çantalarla pullar alan bankir daha sonra bir iş adamına "ilişib". O, bankirə GPS olan çanta ilə 5 milyon dollar göndərib. Təcrübəli iş adamı bununla fırıldaqçılıq olmasından şübhələndiyini gizlətməyib. Ancaq bankir onu da inandırarq "tor"a salıb, lakin iş adamının məsləhət elədiyi dostları bunun qurama iş olduğunu deyiblər. Bundan sonra GPS üzərindən bankiri izləyən iş adamı pulunun bir gün bankda qaldıqdan sonra Sarıyerdəki Lotus binasına, bir gün sonra İstanbul Hava Limanına getdiyini və həmin gün axşam saatlarında da eyni ünvana geri döndüyünü görüb. İş adamının iddiasına görə, çanta “Qalatasaray”ın sabiq futbolçusu Semih Kayaya verilib. İş adamı şübhələndiyi üçün pulunu geri istəyəndə isə, bankir "hələ zamanı dolmayıb" deyərək, pulu geri verməkdən yayınıb. Bundan sonra həmin adı açıqlanmayan biznesmen şikayət edib. Ancaq bankiri həbs etmək mümkün olmayıb. Daha sonra isə məşhurlar Ərdoğana aşikayət etdikdən sonra məsələ böyüyüb...".
Lamiyyə
Mia.az
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub