"Olimpik Marsel" lider PSJ ilə fərqi azaldıb

img

01-05-2023 [11:19]


Fransa Birinci Futbol Liqasının 33-cü həftəsində türk futbolçu Cengiz Ünderin çıxış etdiyi "Olimpik Marsel" "Oser"i qəbul edib.

Mia.az xəbər verir ki, "Oser" 33-cü dəqiqədə Ture ilə önə keçsə də, Cengiz Ünderin 75-ci və Aleksis Sançesin 77-ci dəqiqədə vurduğu qollarla "Marsel" qalib gəlib.

Bununla da ardıcıl 3-cü qələbəsini qazanaraq xalını 70-ə yüksəldən "Olimpik Marsel" lider PSJ ilə xal fərqini 5-ə endirib. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR