Almaniyanın 3-cü liqasını silkələyən hücumçu türk klublarının "radarı"na düşüb

img

28-04-2023 [10:54]


Almaniyanın 3-cü liqa komandası "Dinamo Drezden"də çıxış edən türk futbolçu Əhməd Arslan gələn mövsüm Türkiyə super liqasında çıxış edə bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı hücumçu hazırda superliqada çıxış edən "Kasımpaşa" ilə bu mövsüm superliqada mübarizə aparacaq "Samsunspor"un "radarı"na düşüb. 

Məlumatda deyilir ki,29 yaşlı futbolçu bu mövsüm Almaniyada  31 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə edib.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR