İcra başçısının vəzifəli anası yeni şirkət açdı

img

21-04-2023 [21:35]


Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası Yeganə Möhbalıyeva "Rübabə” MMC adlı yeni şirkət açıb. 

Mia.az Arqument.az-a istinadla xəbər verir ki, bu məlumatı jurnalist Həbib Müntəzir yayıb. 

O bildirib ki, bu ilin yanvarında qeydiyyatdan keçən şirkətin cəmi 10 manat nizamnamə kapitalı var.

Hələ hansı işi görəcəyi bəlli olmayan şirkətin hüquqi ünvanı Seymur Orucovun və anasının qeydiyyatda olduğu Suraxanı rayonu, Zeynalov küçəsi ev 35-də yerləşir. 

Yeganə Möhbalıyeva təkcə icra başçısının anası deyil, həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin bacısıdır.  

O, eyni zamanda Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini vəzifəsində çalışır.

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR