GENERALA PULSUZ MƏNZİL, 10 MİLYONLUQ VƏD VƏ... - Sensasion məhkəmə işi bitdi
21-04-2023 [21:10]
Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı 400 min manata yaxın dələduzluqda ittiham olunan Vladimir Müslümova 8 il həbs cəzası verilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda dələduzluqda ittiham olunan Vladimir Müslümov ittiham üzrə özünü qismən təqsirli bilərək bildirib ki, 2002-ci ildən tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində yaşayış binalarını şərikli olaraq tikib.
2018-ci ildə Moskvada MMC təsis edib. Həbs olunana qədər həmin MMC-nin direktoru vəzifəsində işləyib.
Vladimir Müslümov şəriki Tahirlə, həmçinin Raqif və Emin adlı şəxslərlə bina tikmək istəyib. Lakin bunun üçün yer olsa da, pul olmayıb. Həmin ərazilərə dair sənədlər də olmayıb. Pul tapacağı halda yeri alıb, bina tikməyi planlanlaşdırıb.
2021-ci ilin yanvar ayında Tahir vəfat edib. Bundan sonra Yaşar adlı şəxs onu Tahirin qudası, general-mayor Vəzir Həsənovla görüşdürüb.
Görüşdə Vəzir Həsənov söz verib ki, binanın inşa edilməsi üçün ona bankların birində 10.000.000 avro kredit verilməsinə kömək edəcək. Bunun əvəzində isə Vəzir Həsənova inşaa ediləcək binada ev veriləcək. Bankdan götürəcəyi krediti isə şərikləri ilə birlikdə binanı tikib, satdığı mənzillərin hesabına əldə olunacaq gəlirlərlə ödəyəcək.

VƏZİR HƏSƏNOV
Vəzir Həsənov kreditin verilməsi üçün əlaqələrindən istifadə edəcəyini deyib və Vladimir Müslümov ona inanıb. Bunun müqabilində binanın A blokunun 6-cı mərtəbəsində 4 otaqlı, 178.00 m2 sahəsi olan 391.754 manat dəyərində mənzili pay verməsi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək ona verib.
Bu sənədə əsasən, Vəzir Həsənov ona heç bir ödəniş etməyib. O, bu mənzili generala bina tikmək üçün lazım olan krediti götürməyə kömək etməsinə görə verib.
Vladimir Müslümov Vəzir Həsənovdan 2021-ci ilin aprel ayında 100.000 ABŞ dolları borc alıb. Bu hadisə də Sumqayıt şəhərində baş verib.
Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina tikmək istədikləri yerdə hazırda heç bir tikili yoxdur. Həmin yer qeyri-rəsmi olaraq onlara məxsusdur. Bütün sənədlər Yusufov və Emin adlı şəxsdədir. Belə bir bina yoxdur, onun yalnız yeri var. Vladimir Müslümov sadəcə MMC-ni yaradıb, sənədi Eminlə hazırlayaraq imza atıb, MMC-nin möhürü ilə möhürləyiblər.
Bildirib ki, sənədin heç bir hüquqi əsası yoxdur. Vəzir Həsənova verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanıb və axtarışdadır. Həmçinin qeyd edib ki, həmin mənzil üçün generaldan 391.754 manat pul almayıb, pay olaraq verib.
Vladimir Müslümov bildirib ki, generalın bacanağı İnqilab Əliyevi isə sonradan tanıyıb. Ona da 2021-ci ilin aprel ayının 9-da Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa ediləcək 18 mərtəbəli "PANORAMA BAYİL" yaşayış kompleksində 2 otaqlı, 80 m2 yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks etdirmir və ondan pul almayıb.
Vladimir Müslümov etiraf edib ki, 100 min dollar pulu yalnız generaldan alıb. Həmin vəsaiti Eminə verib ki, gedib Rusiyada pul götürmək üçün işlər görsün.
Vəzir Həsənova müqavilədəki ev bina tikiləndən sonra ona verilməli imiş. Lakin sonradan general onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri alınmayıb, bu zaman İnqilab Əliyev borc müqaviləsi yazdırıb ki, əlində sənəd olsun.
Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, istintaq zamanı 3 dəfə ifadə verib.
Vəzir Həsənovla 15 dəfə görüşüb və pulu 1 dəfəyə alıb. General ona cəmi 100 min dollar borc verib. Bankdan kredit götürə bilmədiyinə görə işlərini davam etdirə bilməyib.
Qeyd edək ki, general Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.
General izahatında bildirib ki, 391.754 manat pul ona məxsusdur və həmin məbləği 4 otaqlı mənzilə görə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində Vladimir Müslümova verib. Bacanağı üçün də 2 otaqlı mənzil almaq üçün birlikdə 560.000-ə yaxın məbləğdə pul ona ödəyiblər.
General həmçinin əlavə edib ki, Vladimir Müslümov üçün bankdan kredit götürülməsi və onun şirkətində şərik olması ilə bağlı ifadəsi yalandır. Onun Vladimir Mülümovla işbirliyi, biznes planı qətiyyən olmayıb(Qaynarinfo.az).
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq