İqbal Ağazadə müraciət etdi

img

13-05-2014 [13:54]


Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə Güney Azərbaycanda milli haqları uğrunda mübarizə apardıqlarına görə həbs olunan və hal hazırda məhbəsdəki ədalətsizliklərə etiraz əlaməti olaraq aclıq edən Yürüş Mehrəlibəyli, Behnam Şeyxi, Mahmud Ocaqlı və digər fəallara aclıq aksiyasını dayandırmaları üçün müraciət edib.

Müraciətdə onların iradəsi və əzmi yüksək dəyərləndirilməklə bərabər milli haqların əldə olunması və azad, demokratik cəmiyyətin qurulması yolunda Azərbaycanımızən gələcəyi üçün bu soydaşlarımızın fiziki varlığının da vacib olduğu vurğulanıb . ” Sizlər, öz iradənizlə bu mübarizədə zəfər qazandınız, Güney Azərbaycanın sabahı və sizləri daim aramızda görmək istədiyimiz üçün bu aksiyanı dayandırmanızı rica edirəm!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA