13-05-2014 [12:40]
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin mayın 12-də iclası keçirilib. Iclasda REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirli ilə bağlı qərar qəbul edilib. Qərarı təqdim edirik:
İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub. Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib. İlqar Məmmədov ədalətsiz olaraq, sırf siyasi sifarişlə həbsdə olduğundan, İdarə Heyətinin müzakirələrində və səsverməlirində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alır:
1. Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin.
2. Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyətilə bağlı kütləvi informasiya vasitəlirinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.
3. İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ku, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır.
REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışmış, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifade edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapmışdır. REAL Hərəkatı İlk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışmışdır. Bir daha bəyan edirik ki, yanlız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır.
İdarə Heyətinin üzvü olan E.Qədirli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, İdarə Heyəti qərar qəbul edib və onun bu haqda danışması düzgün olmazdı:
"Qərarda hər şey olduğu kimi göstərilib, izah edilib. Mənim buna şərh verməyim düzgün olmaz. Əgər nə isə yeni bir məlumat öyrənmək istəyirsinizsə, o zaman bu qərarı qəbul edənlərdən soruşun”.
***
Teleqraf.com-a açıqlamasında isə Erkin Qədirli REAL-ın Məclis başqanlığından uzaqlaşdırılması barədə qərarı belə şərh edib: "Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu. Sadəcə olaraq, vaxt tapıb dünən nəhayət ki, rəsmiləşdirdilər. Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı”.
İdarə Heyətində çox tənqid olunduğunu söyləyən E.Qədirli bildirdi ki, öz arqumentlərimi deməyə çalışıb: "Amma əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı. Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım düzgün olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlıərinin səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə msələhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq. Iclasda özüm də iştirak etmişdim”.
E.Qədirli qərarı sərt sayır: "Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompramis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay gözləməliyəm. Yəqin, məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı