“Üstümə gəlməyin, rahat buraxın məni”- Gülər Əhmədova

img

08-05-2014 [11:39]


Mayın 5-i azadlığa çıxan sabiq millət vəkili Gülər Əhmədova jurnalistlərə mesaj göndərib.

Eks-deputat "Yeni müsavat”a açıqlamasında hazırda müalicə olunduğunu bildirib: 

"Ailəvi qərarımız var ki, mətbuata danışmayacam. Azadlığa çıxmağımla maraqlananlara, bu xəbərə sevinənlərə, eləcə də sevinməyənlərə təşəkkür edirəm. Hələlik ancaq iki şey barədə düşünürəm: ailə və istirahət. Bəraət hökmü üçün müraciət barədə heç bir qərarımız yoxdur. Vəkillər də istirahət edir, mən də.

Mənimlə maraqlanan, azadlığa çıxdığıma görə sevinənlərə təşəkkür edirəm. Hörmətli jurnalistlərdən, mətbuat işçilərindən isə xahiş edirəm ki, məni narahat etməsinlər, məni başa düşsünlər. Çünki uzun müddətdir ailəmdən, balamdan uzaq düşmüşəm. Bundan başqa, sağlamlığımla məşğulam. Hamıdan xahiş edirəm ki, inciməsinlər. Bütün jurnalistlərə, məni axtaran qələm əhlinə cansağlığı, ailə səadəti arzu edirəm. Ailəmlə, uşaqlarımla oturmuşam, iynə-dərmanımı qəbul edirəm. Məni başa düşsünlər. Üstümə gəlməsinlər, imkan varsa, rahat buraxsınlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA