12-05-2014 [15:34]
Türkiyə və Azərbaycanın ortaq mirası Seyid Yəhya Şirvaninin həyatı haqqında çəkilmiş "Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin premyerası Əskişəhərin 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olması münasibətilə həyata keçirilən fəaliyyətlər çərçivəsində bu şəhərdə keçiriləcək.
2013-cü ilin UNESCO tərəfindən "Seyid Yəhya Şirvani İli” elan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığı, TÜRKSOY, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Əskişəhər Valiliyi və Əskişəhər 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Ajansının qatqıları ilə çəkilən "Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin premyerası, 13 May 2014-cü il tarixində Əskişəhərdə keçiriləcək. Çəkilişləri Türkiyə və Azərbaycanda Sorbetpr tərəfindən həyata keçirilən sənədli filmdə Osmanlı coğrafiyasını Qafqazdan Anadolu, Balkanlar, Afrika, Yaxın Şərq və Ərəbistana qədər işıqlandırmış önəmli mürşidlərdən olan Seyid Yəhya Şirvaninin həyatı, əsərləri və Osmanlıdakı təsiri və fikirlərindən danışılır.
İki qardaş ölkə Azərbaycan ilə Türkiyənin əlaqələrinin köklü bir keçmişə dayandığına toxunan layihənin koordinatoru Yeşim Özcan "bu əlaqələrin ən böyük dəlili Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ‘Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir’ sözləridir.” dedi. Azərbaycanın Səlcuqlulardan etibarən Türkiyənin elm, fikir və sənət həyatını bəsləyən ən önəmli qaynaqlardan biri olduğunu ifadə edən Özcan,” Təsəvvüfi şəxsiyyəti, əsərləri, düşüncələri və təsirləri ilə Azərbaycan və Osmanlı mədəniyyəti tarixində önəmli şəxsiyyətlərdən biri olaraq qəbul edilən Seyid Yəhya Şirvani, Azərbaycanın Əhməd Yəsəvisi və ya Mövlanəsi kimi təqdim edilməyə artıqlamasıyla layiq bir vəlidir.
XVI əsrdən etibarən Azərbaycanda meydana gələn ideolojik dəyişikliklər səbəbilə bu böyük insan unudulmuş, unutdurulmuşdur. Osmanlı qaynaqları olmasaydı haqqında mə’lumat əldə etməyin elə də asan olmayacağı Seyid Yəhya Şirvani, ancaq son illərdə onunla bağlı kitabların yayınlanmasından sonra tanınmış; Bakıdakı Şirvanşahlar Muzeyinin həyətində yerləşən türbəsi bir çox insan tərəfindən ziyarət edilməyə başlamışdır. 2013-cü il, Heydər Əliyev Fondunun Sədri Mehriban Əliyevanın böyük təşəbbüsü ilə UNESCO tərəfindən "Seyid Yəhya Şirvani İli” elan edilmişdir. Bu münasibətlə hazırladığımız sənədli filmin ən böyük məqsədi, Seyid Yəhya Şirvaninin həyatını, əsərlərini və Osmanlıdaki təsir və fikirlərini başda Türk Dünyası olmaqla bütün dünya ilə bölüşməkdir. Şirvani, iki ölkənin ortaq mirasıdır, bu sənədli film ilə həmçinin Türkiyə ilə Azərbaycan arasında uzun illərə dayanan qardaşlıq, dostluq əlaqələrinin, mədəniyyət mübadiləsinin artırılmasına öz töhvəmizi verməyi arzu edirik” dedi
Xatırladaq ki, sənədli filmin çəkilişlərinə Azərbaycan və Türkiyə tərəfindən köməklik göstərən şəxslər arasında Adil Əliyəv, Əkbər Qoşalı, Elnur Eltürk, Doç. Dr. Qənirə Paşayeva, İlham İsmayılov, Doç. Dr. Mehmet Rıhtım, Dr. Semih Ceyhan, Məlahət İbrahimgızı, Mübariz Quliyev, Murat Davutoğlu, Prof. Dr. Mustafa İsmət Uzun, Dr. Nazif Öztürk, Sevil Xıdırova, Seyit Ahmet Arslan, Zaur Şüküroğlu, Zəki Ərtunç və Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevanın adlarına rast gəlmək mümkündür. Türkiyənin Təhsil Naziri Nabi Avcının iştirakı ilə keçiriləcək premyeraya çox sayda qonağın dəvət edildiyi bildirilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq