Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat oldu - FOTO
11-04-2023 [12:51]
Bakcell şirkəti Salvador Anqladanın şirkətin Direktorlar Şurasına üzv təyin olunmasını elan edir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir.
O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.
Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və “Madrid UPM" universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.
“Bakcell şirkəti davamlı olaraq öz fəaliyyət sahəsində ən üstün rəqəmsal biznes qurmağa çalışır. Buna görə də biz asan olmayan bu işə öz töhfəsini verə biləcək yüksək təcrübəli insanları şirkətimizə cəlb edirik. Biz Salvador Anqladanın “Bakcell”in Direktorlar Şurasının yeni üzvü təyin olunmasından məmnunuq. Azərbaycanda və daha geniş regionda innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın həyata keçirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirdiyimiz üçün onun telekommunikasiya və İT sənayesindəki böyük təcrübəsi bizim işimizə böyük dəyər qatacaq”, deyə Bakcell şirkətinin Direktorlar Şurasının sədri və “NEQSOL Holding”in telekom rəhbəri Vasil Latsaniç bildirib.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq