Nazir oğlunun mahnısını bu dəfə Mustafa Ceceli oxudu- Video

img

12-05-2014 [14:47]


Türkiyənin tanınmış müğənni-aranjemançısı Mustafa Ceceli Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Aləm gözəldi” mahnısını ifa edib.

"Qafqazinfo”nun məlumatına görə, bu haqda xalq artisti Aygün Kazımova "Onlar” verilişinə açıqlamasında məlumat verib:

"Bu yaxınlarda Mustafanın albomu çıxacaq. Söz və musiqisi Anar Məmmədova məxsus olan Aləm gözəl” mahnısını alboma daxil edib. Elə bilirdim bu mahnı Ramal İsrafilova məxsusdur, sonra mahnının Anar Məmmədova məxsus olduğunu bildim. Hakan Erolun bəstəsi olan "Bir anlıq” mahnısını ifa edib”.

Aygün Kazımovanın "Azərbaycan” mahnısını aranjeman edən türkiyəli məşhur Azərbaycan dilində mahnılar oxuyacağını bildirib:

"”Aləm gözəl” mahnısını daha dinamik olaraq aranjeman etdik. İnşallah gələcəkdə Azərbaycan dilində mahnılar ifa etməyi düşünürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR