06-05-2014 [17:56]
Bu gün Azərbaycan Turizm İnstitutunda tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlının "Bakının qəhrəman müdafiəçisi. General Məmməd Bağır Hadı oğlu Bağırov” kitabının təqdimat mərasimi keçirilib.
Kitab barəsində məlumat verən M.Zülfüqarlı Azərbaycanın üç min ildən artıq dövlətçilik tarixində adları fəxrlə çəkilən görkəmli şəxsiyyətlərin çox olduğunu deyib. Onun sözlərinə görə, Sovet hakimiyyəti illərində yeridilən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində general rütbəsinə yüksəlmiş Azərbaycanın qeyrətli oğulları da belə şəxsiyyətlərdəndir. Bu görkəmli şəxsiyyətlərin bəziləri haqqında bir sıra kitab və məqalələr, bədii əsərlər yazılmış, hətta filmlər çəkilmişdir. Lakin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş bir çox şəxsiyyətlər diqqətdən kənarda qalmış, onlar haqqında tədqiqiat işləri aparılmamışdır ki, bu da ciddi narahatlıq doğurmaya bilməz. Belə şəxsiyyətlərdən biri general-mayor Məmməd Bağır Hadı oğlu Bağırovdur.
"General haqqında bu günə qədər heç bir tədqiqat işinin aparılmaması, bu görkəmli şəxsiyyətin fəaliyyətinə biganə yanaşılması acı təəssüf doğurmaya bilməz. Sovet tarixşünaslığında II Dünya müharibəsi illərində Rusiyanın,Ukraynanın, Belorusiyanın müdafiəsində iştirak etmiş azərbaycanlılar haqqında geniş məlumatlar verilsə də Bakının qəhrəman müdafiəçiləri haqqında heç bir məlumat verilməməsi tariximizin ağ ləkələridir. Azərbaycan tarixinin bu ağ ləkələrdən təmizlənməsinin vaxtı çoxdan çatmışdır”-deyə müəllif qeyd edib.
M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan Sovet Ensiklopediyasında verilmiş qısa yazıdan başqa general-mayor Məmməd Bağır Bağırov haqqında elmi ədəbiyyatda heç bir məlumata rast gəlmək mümkün deyil. Müharibədən sonra Bakının qəhrəman müdafiəçisi Məmməd Bağır Bağırovun səhhətində ciddi problemlər olmasa da, Moskvada adi tibbi müayinədən sonra vəziyyətinin ağırlaşmağa başlaması, sonradan sağalmaz xəstəliyə düçar olması ona qarşı sui-qəsd edilməsi ehtimalını ortaya çıxarır: "Doğmalarının bildirdiyinə görə, generalı Moskada müalicə edən həkimin milliyyətcə erməni olması, geri qayıtdıqdan sonra səhhətində ciddi problemlərin baş verməsi və ağ ciyərində xərçəng xəstəliyi diaqnozu ilə tezliklə vəfat etməsi sübut edir ki, onun ölümü təsadüfi olmamış, qabaqcadan təşkil olunmuşdur. Sovet dövründə Azərbaycanın qəhrəman oğullarının sui-qəsd nəticəsində aradan götürülməsinə aid son illər nəşr olunmuş məqalələr generalın da ölümünün sovet orqanları tərəfindən qəsdən təşkil olunduğunu söyləməyə əsas verir”.
Müəllifin fikrincə, Azərbaycan xalqının qəhrəman oğlu, general M.Bağırovun fəaliyyəti haqqında obyektiv tədqiqat işlərinin aparılması Bakının müdafiəsinə rəhbərlik etmiş bir şəxsiyyət haqqında obyektiv məlumat əldə etməklə yanaşı, çağdaş Azərbaycan tarixinin ağ ləkələrdən təmizlənməsinə, bu görkəmli şəxsiyyətin tarixdə layiq olduğu qiyməti almasına kömək edə bilər.
Onu da qeyd edək ki, son illər M.Zülfüqarlının kitabla yanaşı generalın fəaliyyəti ilə bağlı "Moskvada erməni həkimin qəsdlə öldürdüyü məşhur generalımızın izi ilə... BAKININ XİLASKARI Məmməd Bağır Hadı oğlu Bağırov (1901 - 1946) ”(Bakı xəbər.- 2012.- 23 aprel.- S.10-11.), "II Dünya müharibəsi dövründə Bakının müdafiəsi tarixindən (general-mayor Məmməd Bağır Bağırovun həyat və fəaliyyəti haqqında)” "Azərbaycanın İkinci Dünya müharibəsi dövründə və qafqazda xolokosun öyrənilməsindəki rolu” mövzusunda Beynəlxalq simpezum. Bakı 2012,s.69-73), "Bakının xilaskarı general Məmməd Bağır Bağırov”("Kimlik” jurnalı dekabr 2012,s.46 – 56 ) məqalələri nəşr olunub.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb