Daha bir sahibkarlıq subyektinə rezident statusu verilib

img

10-04-2023 [12:07]


Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

Onun sözlərinə görə, sayca 15-ci olan yeni rezident "BAFCO İnvest" MMC-dir: "Şirkət investisiya məbləği 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq