Yazıçı serialdan prokurorluğa şikayət edib

img

10-04-2023 [09:51]


Yazıçı Yonca Şencar "Neflix"də yayımlanan məşhur "Şahmaran" serialı ilə bağlı prokurorluğa şikayət edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki,  Yonca Şencar şikayətində Serenay Sarıkaya və Burak Denizin baş rollarda oynadığı serialın süjet xəttinin və personajların onun əsərindən oğurlandığını bildirib.

Məlumata görə, yazıçı "Şahmaran" serialındakı hekayənin 2016-ı ildə yazdığı 239 səhifəlik "Şahmeran İntikam" kitabından götürüldüyünü iddia edib. O, buna görə, serialın ssenaristi Pınar Bulut, serialı çəkən şirkət, cümlədən "Netflix"ə qarşı şikayətçi olub.

Şirkət və ssenarist isə bu iddianı qəbul eməyib.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR