12-05-2014 [11:56]
Heydər Əliyevin ad günündə Space telekanalı mərhum prezident Heydər Əliyevin Londonda yaşayan qızı Sevil Əliyeva ilə müsahibə yayımlayıb. Rus dilində kanalın prezidenti Vaqif Mustafayevlə müsahibəsində Sevil Əliyeva atası haqda xatirələrini bölüşür, onun Sevil xanımla, qız nəvələri ilə münasibətlərinin səmimiliyindən danışır, deyir ki, Londonda yaşamağına baxmayaraq Azərbaycana bütün varlığı ilə bağlıdır və özünü azad və xoşbəxt hiss edir. MİA virtualaz.org saytına istinadən müsahibənin bir hissəsini təqdim edir:
- Sevil xanım, böyük Heydər Əliyevin oğlu və qızı var. Həyat göstərdi ki, böyük Heydər Əliyevin böyük qızı və böyük oğlu var. Siz həm xarici görkəmcə, zahirən, həm də daxilən atanıza çox oxşayırsınız. Zəhmət olmasa deyin, Heydər Əliyevin əsasən hansı cizgiləri sizdə davam edir?
- Bilirsiniz, mənə elə gəlir ki, mən hər şeydə öz atama oxşamışam. Qızım məni "atamla əkiz qız” adlandırır. Heydər Əliyev müstəqil Azərbaycanı qurub, saxlayıb, müdafiə edib, gücləndirib və insanlara verib. Bu gün əsas sərvətimiz budur. Ancaq Heydər Əliyevin bizə miras qoyduğu bu maddi dünyadan istifadə edərkən liderin bizə vəsiyyət etdiyi mənəvi prinsipləri də yaddan çıxarmamalıyıq.
Maddiyyatla mənəviyyatı müqayisə etmək prinsipcə düzgün deyil. Bunlar tamamilə fərqli iki anlayışdır. İnsanın maddi və əxlaqi tərəfi artıq onun xarakteridir, onun təbiətidir. Təəssüf ki, bu keyfiyyətlər heçə gedir. İnsanlarda ancaq maddi tərəf önə çıxır.
Bu, olduqca kədərlidir, çünki insanın mənəvi-əxlaqi tərəfi əsasdır. Əgər insanın əxlaqı və mənəviyyatı yoxdursa, onda o, heç adam deyil, sadəcə olaraq varlıqdır. Mənim üçün bu cür adamlarla danışmaq ayrı-ayrı dillərdə danışmaq kimidir. Bu, mənim dünyam deyil, mənim üçün başadüşülməzdir. Maddi rifahın olması yaxşıdır, aydındır ki, hər adam yaxşı yaşamaq istəyir. Bunlar tamamilə fərqli şeylərdir. Lakin bütün bunların əsası tərbiyədir, ənənədir, mədəniyyət, əxlaq və mənəviyyatdır. Ona görə də əxlaqsız və mənəviyyatsız adam heç adam deyil.
Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi, vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar... Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil.
- Sevil Heydərovna, biz nəsə qeyri-normal adamlar haqda danışmağa başladıq, gəlin...
-Qeyri-normal adamlar haqda əslində siz danışmağa başladınız və düzünü desəm, bu, mənim xoşuma gəlmir. Ancaq təəssüf ki, belə adamlar var.
-Mənə elə gəlir ki, hər şey səmimi münasibətlərdən asılıdır. Bu dünyada yaşayan istənilən adam Heydər Əliyev kimi səmimi yaşamalıdır. Və Allah sizə can sağlığı versin, Sevil Heydərovna. Siz xoşbəxt adamsınız, çünki Siz Heydər Əliyevin qızısınız. Siz xoşbəxt anasınız, sizin gözəl övladlarınız var. Bunlar ən böyük xoşbəxtlikdir...
- Bəli, bu, ən böyük xoşbəxtlikdir və ona görə də mən özümü xoşbəxt hesab edirəm. Çünki belə valideynlərin övladı olmaq böyük xoşbəxtlikdir, bu, nadir xoşbəxtlikdir və mənə qismət olub. Və mən bunu çox dəyərləndirirəm və fəxr edirəm.
- Mən əvvəldə dedim ki, uşaqlıqda "səmimi qəlbdən: sizin” ifadəsini başa düşmürdüm. Bilirsiniz, məktubun sonunda belə yazırdılar. "Səmimiyyətlə: sizin” olmaq necə mümkündür olar? Siz necə hesab edirsiniz?
-Yox, mən belə ifadədən istifadə etmirəm, çünki hansısa formal ifadələri xoşlamıram. Ola bilsin özüm haqda belə danışmağım yaxşı deyil, ancaq mən səmimiyəm və sözü birbaşa deyirəm. Nə fikirləşirəmsə, onu deyirəm. Mən təmiz və ədalətliyəm və öz keyfiyyətlərimlə fəxr edirəm. Və mənim çox güclü xarakterim var. Ola bilsin bu, kimin üçünsə nöqsandır, ancaq mənim üçün ləyaqətdir. Mən təbiətin mənə bəxş etdiyi hər şeylə fəxr edirəm. Özümə çox inanıram.
- Sevil xanım, gözəl və səmimi söhbətə görə çox sağ olun. Söhbəti hansı sözlərlə bitirmək istərdiniz?
- Təbii ki, mənim özümün müəyyən formam var, mən belə deyirəm: "Sizin Sevil Əliyeva. Sizin. Həmişə sizin. Sizin hamınızı - bütün yaxşı adamları bağrıma basıram”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı