Ceyhun Osmanlı: "İndi kimisə şərləmək üçün..."

img

13-05-2014 [18:32]


Milli Məclisin deputatı Ceyhun Osmanlı nurçu olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. 

Mia.az xəbər verir ki, Ceyhun Osmanlı ANS PRESS-ə açıqlamasında, nurçuluğun nə olduğunu bilmədiyini deyib: "Mən indiyə qədər nurçuluğun nə olduğunu tam başa düşməmişəm. Siz Azərbaycandan başqa, dünyanın hər hansı bir ölkəsində bu mövzudan yazan və terminologiyadan istifadə edən jurnalist tapa bilməzsiniz. 37-ci ildə qonşu-qonşunu şərləmək istəyəndə deyirdi ki, o pantürkistdir. 37-ci ildəki kimi hər hansı bir müəsəslədə yeri gəldi və ya gəlmədi şər yaxmaq artıq bir adətə çevrilib. İndi isə kimisə şərləmək üçün nurçu terminalogiyasından istifadə edilir. Cəmiyyətimiz üçün bu fikir yaddır və onun nə olduğunu başa düşmürlər". 

Xatırladaq ki, mətbuatda Ceyhun Osmanlının adı dəfələrlə nurçuluqla bağlı hallanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA