YAP jurnalistlər üçün müsabiqə keçirir - MÜKAFAT FONDU
05-04-2023 [19:29]
Yeni Azərbaycan Partiyası (YAP) “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi elan edib.
Mia.az xəbər verir ki, məqsəd ümummilli lider Heydər Əliyevin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılanması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq yazılar aşağıdakı nominasiyalardan biri üzrə hazırlanmalıdır:
- Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi
- Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu
- Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
Müsabiqədə iştirak
Ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazının mövzusu təklif olunmuş nominasiyalardan birinə uyğun olmalıdır;
2. Müsabiqə iştirakçısı yalnız bir nominasiya üzrə yazı təqdim edə bilər;
3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
Yazıların qəbulu qaydaları
1. Yazı mətbu orqanda dərc olunduğu təqdirdə nəşrin 1 nüsxəsi, internet media resursunda dərc olunduğu halda isə müvafiq keçid – link təqdim edilməlidir;
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 4 nüsxə
4. Yazıların həcmi: A3 formatında 1 səhifə (9-11 min işarə)
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsinin surəti
Jurnalist vəsiqəsinin surəti
Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər bir nominasiya üzrə I, II və III yerlər olmaqla üç iştirakçı mükafatlandırılacaq.
I yer - 700 manat
II yer - 500 manat
III yer - 300 manat
Müsabiqədə iştirak üçün yazıların qəbulu iyunun 1-i saat 18:00-dək davam edəcək.
Tələb olunan sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.
Əlaqə telefonları: 012 490 80 33 / 077 440 02 00
Elektron ünvan: [email protected]
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq