“Eurovision 2014”ün qalibi transseksual iştirakçı oldu - VİDEO

img

11-05-2014 [12:19]


Danimarkanın Kopenhagen şəhərində "B and V” arenada təşkil olunan mahnı müsabiqədə açılış performansından sonra səhnəyə ilk olaraq 59-cu "Eurovision” mahnı müsabiqəsinin final şousunda adı birinci olan ukraynalı müğənni Mariya Yeremçuk çıxıb.

Onun ardınca isə Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Monteneqro, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Niderland, San Marino, Birləşmiş Krallığın yarışmadakı təmsilçiləri performanslarını təqdim ediblər.

Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdirilib. 

59-cu dəfə təşkil olunan yarışmanın sonunda sms-səsvermə və proffesional juri seçimi nəticəsində "Eurovision 2014"ün qalibi 290 xal toplayan Avstriyanın transseksual iştirakçısı Konçita Vürst oldu.

İkinci pillənin sahibi 238 xalla Niderland təmsilçisi İlse Delange, üçüncü pillənin sahibi isə 218 xalla İsveç təmsilçisi Sanna Nielsen oldu. Təmsilçimiz Dilarə Kazımova müsabiqəni 22-ci pillədə başa vurdu.

Azərbaycan 8 xalını Macarıstana, 10 alını Ukraynaya, 12 xalını isə Rusiyaya verib. 

Azərbaycana səs verən ölkələr arasında bunlar olub:

San Marino – 12 xal

Rusiya- 10 xal 

Gürcüstan – 7 xal 

Belarus- 3 xal 

Ukrayna – 1 xal

Xatırladaq ki, Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə "Ell and Nikki” duetin "Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub(ans).



Digər xəbərlər
SON XƏBƏRLƏR