Kılıçdaroğlu Abdullah Güllə görüşüb - Açıqlama (FOTO/Yenilənib)

img

31-03-2023 [18:40]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 11-ci prezident Abdullah Güllə görüşüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, görüş Abdullah Gülün İstanbuldakı ofisində keçirilib.

Məlumata görə, tərəflər qarşıdan gələn seçkilərlə bağlı müzakirə aparıblar.

Xatırladaq k, Kılıçdaroğlu dünən 10-cu prezident Əhməd Necdət Sezər ilə görüşüb.

Həmin görüşdən sonra açıqlama verən Sezer Kamal Kılçdaroğlunu dəstəklədiyini bəyan edib.

***

Türkiyənin 11-ci prezident Abdullah Güll Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşü barədə açıqlama yayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Abdullah Gülün ofisindən 1 saatlıq görüş barədə qısa açıqlama verilib:  "11-ci prezident Abdullah Gül 13-cü prezidentliyə namizəd  və CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşmüş və oan uğurlar arzulamışdır".

Lamiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR